"Bavariya"nın futbolçusu Xabi Alonso ötən mövsümün sonunda "Real"dan (Madrid) ayrılmasının səbəbini açıqlayıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "FİFA Weekly"yə danışan ispaniyalı futbolçu yeni macəra yaşamaq üçün "Bavariya"ya getdiyini bildirib:
 
"Ötən mövsüm Çempionlar Liqasının finalında əzəli rəqibimiz "Atletiko"nu məğlub etdikdən sonra fərqli macəra yaşamaq istədim. Bu səbəbdən Avropanın ən yaxşı çempionatlarından və komandalarından birinə gəldim. "Real"la 2016-cı ilə qədər müqaviləm olsa da, getməyimə icazə verdiyi üçün Madrid təmsilçisinin rəhbərliyinə təşəkkür edirəm".
 
Qeyd edək ki, 2009-2014-cü illərdə "Real"ın şərəfini qoruyan Alonso keçirdiyi 158 oyunda 4 qol vurub.

Milli.Az