AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyaya məxsus təyyarənin göyərtəsində 160-dan çox şəxs olub.
Onlardan 120-si Rusiya, 15-i Belarus, 10-u Polşa, 8-i Ukrayna, 3-ü Qırğızıstan, 3-ü Özbəkistan, 2-i Yəmən, 1-i isə Tacikistan vətəndaşıdır. Həmin şəxslərdən 64-ü azyaşlı, o cümlədən 15-i iki yaşadək uşaqlardır.
Göyərtəsində 130-dan çox sərnişin olan ikinci təyyarənin bir neçə saatdan sonra Çkalovsk aerodromuna enməsi gözlənilir. Həmin təyyarədəki şəxslərdən 5-i Azərbaycan, 43-ü Rusiya, 44-ü Özbəkistan, 15-i Yəmən, 8-i Tacikistan, 5-i Belarus, 3-ü Polşa, 3-2 Qırğızıstan, 2-si Ukrayna, 1-i Kanada, 1-i Serbiya, 1- Litva, 1-i isə Moldovadandır. Təyyarədəkilərdən 18-i azyaşlıdır ki, onların da 7-si yaşı ikiyədək olan uşaqdır.
Milli.Az