Kenyanın şimal-şərqində yerləşən Qarissa Universitetində 10 saatdan çox davam edən girov gərginliyindən sonra ölkənin təhlükəsizlik qüvvələri terorçulara qarşı əməliyyat keçirib.

ANS PRESS-in məlumatına görə, 700-ə yaxın tələbəni girov götürmüş "Əl Şabab" qruplaşmasının döyüşçüləri universitetə hücum zamanı azı 70 girovu qətlə yetirib.

79 nəfər yaralanıb, hərbçilərin reydindən sonra 4 terrorçu öldürülüb, içəridə saxlanılan 500-dən çox tələbə xilas edilib. ÖLkənin Daxili İşlər Naziri Cozef Nikayserri universitet və ətraf ərazilərdə təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini bildirib.

Yaranmış vəziyyətlə bağlı ölkənin bir çox rayonlarında komendant saatı elan olunub. Silahlı basqın zamanı bu ali təhsil ocağını yalnız 2 polis zabiti mühafizə edib. Hücumun 5 silahlı döyüşçü tərəfindən həyata keçirildiyi güman edilir. Silahlıları tələbələrin qaldığı yataqxanalara daxil olaraq xristiyanlarla müsəlmanları qruplara ayırıb, daha sonra müsəlman tələbələri sərbəst buraxıb.

Kenya hökümət universitetə edilmiş qanlı hücum planının "Əl Şabab" rəhbərlərindən olan Məhəmməd Kuno tərəfindən hazırlandığını bildirərək, onun “başına” 217 min dollar mükafat qoyub.
Mənbə
ANS PRESS