Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları 2006-cı ildən indiyədək 16 min 262 ipoteka krediti verib.
AİF-dən AZƏRTAC-a bildirilib ki, AİF-in vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 651 milyon 506 min 670 manatdan çoxdur. AİF ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin martından başlayıb.