İngilis qadın doğum şöbəsində işləyənlərə xəbərdarlıq edib: “Gələn noyabrda məzuniyyət götürməyi düşünməyin, o ay doğum sahəsində artım gözləyirik. Səbəb isə “Bozun əlli çaları”dır”.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, ekranlaşdırıldıqdan bəri dillərdən düşməyən “Bozun əlli çaları” filminin indi də İngiltərədə doğum sahəsində artıma səbəb olacağı gözlənilir.
 
İddiada “Bozun əlli çaları”nın ekranlaşdırılma tarixi, yəni 13 fevral + 40 həftə = 20 noyabr 2015. İllik məzuniyyətlərinizi indidən təyin edin”, – yazılıb. Xəstəxana təmsilçisi isə xəbərin doğru olduğunu təsdiqləməyəcəyini deyib.
 
Qeyd edək ki, 13 fevralda ekranlaşdırılmış “Bozun əlli çaları” filmi ilk həftələrində 500 milyon dollar gəlir əldə etmişdi.
 
Milli.Az