Londonda yanğınsöndürənlər artıq ikinci gündür şəhərin mərkəzi küçələrindən birinin altı ilə gedən kabellərdəki yanğını söndürməyə çalışırlar.

ANS PRESS-in məlumatına görə, “Holborn” metro stansiyasının da yerləşdiyi Kinqsuey küçəsindəki yeraltı kommunikasiyalarda yanğın dünən başlanıb.

Güclü tüstülənmə və yanğının yayılma təhlükəsi olduğu üçün ətrafdakı ofislərdən 5 minədək adam evakuasiya edilib.

Vəziyyəti daha da ağırlaşdıran budur ki, yeraltı kommunikasiyalardan altda qaz boruları yerləşir. Cümə axşamı da yaxınlıqdakı metro stansiyaları və küçə bağlı idi.

London yanğınsöndürənləri bildiriblər ki, yanğını lokallaşdırmaq mümkün olub. Yanğının səbəbləri hələlik bilinmir.

Yanğın 100-dək şirkətin işinə ciddi şəkildə mane olub.

Mənbə
ANS PRESS