Milli.Az islam.az-a istinadən bildirir ki, Məscidi-Haramın imamı Əbdurrəhman Sudeysi xütbəsini bu sözlərlə davam etdirib: "Ərəb ölkələri arasında yaradılmış koalisiya Əhli-Sünnətlə Şiəlik arasında başlamış məzhəb müharibəsinin bir növüdür. Hamı bunu belə bilməli və belə qəbul etməlidir! Medyanı, qəzetləri və mətbuatda gedən təbliğatları bir kənara qoyub özünüzü haqq bir müharibəyə hazırlaşdırın! Şiəliyin qarşısını almaq üçün müqavimət göstərin!"
Qeyd edək ki, Sudeysi bundan əvvəl də mövqeyindən dəfələrlə istifadə edərək Kəbə ziyarətçilərini əqidələrindən dönüb sələfiliyi qəbul etməyə çağırıb.
Milli.Az

