Azərbaycan və Fransa regionlar arasında əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edıəcəklər.

ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.

Onun sözlərinə görə, səfərin dəqiq vaxtı müəyyən deyil, amma səfərlə bağlı hazırlıq aparılır

Səfir aprelin 6-na Mingəçevirə gedəcəyini deyib.

Diplomat Mingəçevirdə bir sıra rəsmi görüşlər keçirəcək. Görüşlərdə Mingəçevir və Fransanın regionları arasında əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq müzakirə olunacaq.
Mənbə
ANS PRESS