İstanbulda Polis İdarəsinə edilən terror hücumunun görüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, görüntülərdə terrorçu qadının Elif Sultan Kalenin avtomatdan atəş açdığı əksini tapıb.

Həmçinin terrorçunun polis tərəfindən zərərsizləşdirilməsi də görüntülərdə yer alıb.

Görüntülər sosial şəbəkədə yayılandan sonra paylaşma rekordu qırmaqdadır.

Qandonduran görüntülərə uşaqların və ürəyi zəif olanların baxmaması tövsiyyə olunur.

Qeyd edək ki, dünən İstanbul Polis İdarəsinə iki silahlı terreorçunun etdiyi hücum nəticəsində bir polis əməkdaşı yaralanmışdı.

Mənbə
ANS PRESS