“Bakı-2015” Avropa Oyunları Honq-Konqun “TVB” televiziya şirkəti ilə yayım sazişi imzalayıb
Bakı, 2 aprel, AZƏRTAC
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi Honq-Konqun “Television Broadcasts Limited” (TVB) televiziya şirkəti ilə yayım sazişi imzalayıb.
AZƏRTAC xəbər verir ki, Asiyanın ən böyük kommersiya şirkətlərindən olan TVB ilk Avropa Oyunlarını Honq-Konqda yayımlamaq üçün müstəsna hüquqa sahib olub. Honq-Konqda 2,4 milyon əhaliyə xidmət göstərən TVB Yay və Qış Olimpiya oyunlarının, eləcə də futbol üzrə dünya çempionatının daimi yayımını həyata keçirən televiziya şirkətidir. TVB yalnız Avropa Oyunlarının deyil, eyni zamanda, “Rio-2016” Yay Olimpiya Oyunlarının da yayımını həyata keçirəcəyini bəyan edib. Avropa Oyunlarının proqramına daxil edilmiş 16 Olimpiya idman növündən 12-si “Rio-2016” Olimpiya Oyunları üçün təsnifat rolu oynayacaq.
“Bakı-2015” Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Avropa Oyunlarına maraq getdikcə artmaqdadır. TVB sayca 56-cı yayım tərəfdaşımız olacaq. Bununla da Honq-Konq Avropadan kənarda Oyunları izləmək şansı əldə edən Körfəz ölkələri, ABŞ, Kanada, Hindistan və Çinin sıralarına qoşulacaq. Gələcəkdə sıralarımıza qoşulacaq yayım şirkətlərinin siyahısının daha da artacağına əminəm. Bu, beynəlxalq idman tarixinə əlavə olunacaq önəmli tədbirə göstərilən diqqətin əyani sübutudur.
TVB-nin nümayəndəsi Patrik Li deyib: “İdmanın təbliği şirkətimizin əsas fəaliyyət istiqamətlərindən biridir. Biz Honq-Konq əhalisinin Yay və Qış Olimpiya oyunları, eləcə də futbol üzrə dünya çempionatı kimi yüksək səviyyəli idman tədbirlərini izləməsini təmin etmişik. Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının da tamaşaçılarımız tərəfindən böyük maraqla izləniləcəyinə əminəm”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47