Müstəntiqlər “Dalniy Vostok” balıqçı gəmisinin qəzaya uğramasının 10 versiyasını təhqiq edirlər
Bakı, 2 aprel, AZƏRTAC
Hüquq mühafizə orqanları Oxot dənizində batmış “Dalni Vostok” traulerinin qəzasının 10-dan çox versiyası üzərində işləyirlər. Bu barədə jurnalistlərə Rusiya fövqəladə hallar naziri Vladimir Puçkov məlumat verib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu versiyaların hamısının ilkin variant olduğunu deyən V.Puçkov rəsmi nəticənin komissiyasının kompleks təhqiqatı başa çatdıqdan sonra elan ediləcəyini bildirib.
Qeyd edək ki, indiyə qədər hadisənin iki əsas versiyası səsləndirilib. Onlardan birinə görə, faciəyə kapitanın səhvi səbəb olub: “Dalniy Vostok” trauleri təxminən 100 ton ağırlığında balıq torunu qaldırmağa cəhd edərkən çevrilə bilərdi. Digər, daha inandırıcı versiyaya görə isə qəzaya “Titanik” sayağı üzən buzla toqquşan gəminin gövdəsində yaranan dəlik səbəb olub.
Xəbər verildiyi kimi, iri soyuducu balıqçı gəmisi bu gecə Oxot dənizində Kamçatka diyarının Krutoqorovski qəsəbəsindən 250 kilometr cənubda qəzaya uğrayıb. Hadisə zamanı gəminin göyərtəsində 132 nəfər olub. Aparılan xilasetmə işləri nəticəsində cəmi 15 dəqiqə ərzində batan gəmidən 63 nəfər xilas edilib. Son məlumata görə, ekipaj üzvlərindən daha ikisinin cəsədi tapıldıqdan sonra hadisə zamanı həlak olanların sayı 56 nəfərə çatıb. İtkin düşmüş 13 nəfərin taleyi isə hələlik məlum deyil.
Hazırda hadisə yerində qaranlıq düşdüyündən aktiv axtarış işləri səhərə qədər dayandırılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47