Bakıda günü 200 manata olan maşınlar (VİDEO)
Qiymətlər isə marka və icarə müddətinə görə dəyişir. Məsələn, 2007-ci ilin buraxılışı olan "Volkswagen Touareg"in 1 günlük icarəsi 150, həftəlik qiyməti 910 manatdır. 2010-cu il buraxılışı "Toyota Prado" avtomobilini icarəyə götürməyi planlaşdıranlar isə 1 gün üçün 120, həftəlik 700, aylıq 1500 manat xərcləməli olacaqlar.
Ekonom klass sinfinə daxil olan avtomobillər ayağını yorğanına görə, uzatmağı sevənlər üçün münasib sayılır. Belə ki, 60-70 manat xərcləməklə 1 günlük icarənin keyfini çıxartmaq mümkündür.
Bu işlə məşğul olan şirkətlərin əksəriyyəti müştəri cəlb etmək üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxır. Belə ki, onlar xüsusi endirim və bonuslar təklif etməklə kirayə bazarında rəqabətə tab gətirməyə çalışırlar.
Şirkət nümayəndəsi Yaşar Əsgərov bu sahədə güclü rəqabətin olduğunu, qiymətlərin orta hesabla 200- 400 arası dəyişdiyini deyir.
Şərtlərə əsasən, əksər şirkətlərdə 25 yaşından aşağı olmayan və ən azı 1 il avtomobil nəqliyyat vasitəsini idarə etmə təcrübəsi olan Azərbaycan Respublikasının və ya xarici dövlətin istənilən vətəndaşına kirayə maşın verilə bilər. Bu zaman həmin şəxsə ya vəkalətnamə, ya da yol vərəqəsi verilir. Bu sənədlər də avtonəqliyyat vasitəsinin həmin adama etibar edildiyini təsdiqləyir.
Hüquqşünas Gülnar Nəzərlinin sözlərinə görə, maşın icarəyə götürən şəxslər qanunu pozarsa, yəni, işıqforun qırmızı işığında keçərsə, avtomobili qadağan olunan yerdə saxlayarsa, onda həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən cərimələnəcəklər. Bu maddəyə əsasən inzibati xətanı törədən şəxs inzibati məsuliyyətə cəlb olunur.
Bəzən icarədar əvvəlcədən sığorta haqqı ödəsə də qəza baş verdiyi halda müəyyən problemlər ortaya çıxır. Görəsən məsələnin sığorta baxımından tənzimlənməsi hansı prosedurlara əsaslanır?
Ekspert Ramin Məmmədov bildirdi ki, yol-nəqliyyatı hadisəsi nəticəsində mülki məsuliyyət yaranarsa bu sığorta qaydalarında nəzərdə tutula bilər. Amma hadisələrlə bağlı yaranan digər cərimələr isə sürücü tərəfindən ödənilməlidir.
Araşdırmalar göstərdi ki, müştərilərin əksəriyyəti avtomobilləri daha çox toy, nişan və digər mərasimlər üçün icarəyə götürür. Bəziləri isə ucuz maşını olsa da, sadəcə olaraq dəb xatirinə bahalı maşınlar kirayələyirlər.
Mənbə
ANS-TV
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47