Bakı, 2 aprel, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti dünyada ilk poçt markasının buraxılmasının 175 illiyi münasibətilə poçt markası nəşr etdirib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nəfis dizaynda hazırlanmış markanın nominal dəyəri 20 qəpik təşkil edir.
Qeyd edək ki, 1840-cı il mayın 6-da ilk dəfə olaraq üzərində pul şəkli (1 penni) təsvir olunmuş poçt markası rəsmi şəkildə İngiltərədə məktubların üzərinə vurulmaqla poçt ödəniş nişanı kimi istifadə edilməyə başlanıb.