Yəməndə həbsxanaya hücum edən “Əl-Qaidə” qruplaşması yüzlərlə məhbusu azad edib
Bakı, 2 aprel, AZƏRTAC
“Əl-Qaidə” yaraqlıları gecə saatlarında Yəmənin cənub-şərqində yerləşən Hadramaut əyalətinin administrativ mərkəzi Əl-Mukalla şəhərinə hücum edib. Sky News Arabia peyk televiziya kanalının məlumatına görə, yaraqlılar şəhərdəki mərkəzi həbsxanaya basqın edərək yüzlərlə məhbusu azadlığa buraxıblar.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, azad olunan məhbusların bir çoxu “Əl-Qaidə” ilə əlaqələrinə görə həbs edilənlərdir. Hazırda paytaxt Ədəndən 480 kilometr aralıda yerləşən şəhərin bir neçə rayonunda döyüşlər gedir. Penitensiar müəssisədən başqa, prezident sarayı, təhlükəsizlik idarəsi, mərkəzi bank binası və limana yaxın küçələrdə də toqquşmalar qeydə alınıb. Şahidlərin sözlərinə görə, toqquşmalarda zirehli texnika, artilleriya və iri çaplı pulemyotlardan da istifadə olunur.
Xalq etirazlarının davam etdiyi dövrdə öz mövqelərini daha da gücləndirən “Əl-Qaidə”nin Yəməndəki qanadı hökumət qüvvələrinə qarşı bir neçə dəfə miqyaslı hücum əməliyyatları keçirib. Son zamanlar, əsasən də Səudiyyə Ərəbistanının rəhbərliyi altında “Ənsar Allah” hərəkatının tərəfdarları olan husi-şiə üsyançılarına qarşı hərbi əməliyyatlar başladıqdan sonra terrorçuların yenidən aktivləşməsi qeydə alınıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47