Bakı, 2 aprel, AZƏRTAC 
2 Aprel - Ümumdünya autizm haqqında məlumatlandırma günü (World Autism Awareness Day) BMT-nin Baş Assambleyasının 2007-ci il 18 dekabr 62,139 qərarı ilə təsis olunub və 2008-ci ildən qeyd olunur.
Autizm üç yaşına qədər başlayan və məhdud davranışlara gətirib çıxaran, beynin inkişafına təsir edən bir xəstəlikdir. Dünyada böyük bir bəlaya çevrilən autizm daha çox nitq və davranışda qeyri-adiliklə, pozuntularla müşayiət olunur.
“Autizm“ termini ilk dəfə 1910-ci ildə İsveçrəli psixoloq Eyqen Bleylerinin şizofreniyanın müşahidələri zaman qeyd olunub. Latınca, “autismus” sözündən yaranan mənası “özü” deməkdir. Bu inkişafın elə pozuntusudur ki, bu zaman ətraf aləmlə və başqa şəxslə sosial əlaqələrin formalaşması çətinləşmiş olur. Autizm kifayət qədər geniş yayılmış haldır belə ki, təxminən min uşaqdan bir nəfərində müşahidə olunur.
Autizm cox qarışıq beyin inkşafı pozğunluğudur. Uşağın əsəb sistemlərində yaranan pozğunluq beynin normal və düzgün işləməməsinə səbəb olur ki, buda qeyd olunan xəstəliyin yaranmasına gətirir. Bu pozğunluq uşağın beyninin ictimai ünsiyyət və əlaqələrin normal yaradılmasının qarşısını alır və o öz funksiyasını düzgün yerinə yetirmir.
Autizm bütün dünyada yayılıb və daha çox oğlan uşaqlarında müşahidə olunur.