Yaponiyada GUAM iştirakçıları olan dövlətlərin ekspertləri üçün seminar keçirilib
Kiyev, 2 aprel, AZƏRTAC
Yaponiyada GUAM iştirakçıları olan dövlətlərin ekspertləri üçün seminar keçirilib. Təşkilatın Kiyevdəki qərargahından AZƏRTAC-a verilən məlumata görə, su ehtiyatlarının idarə edilməsi problemlərinə həsr olunmuş bu seminar GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində Yaponiya hökuməti tərəfindən təşkil edilib.
Tədbirdə GUAM iştirakçıları olan dövlətlərin nazirlik və idarələrinin, habelə GUAM Katibliyinin nümayəndələri iştirak ediblər. Təşkilatın üzvü olan dövlətlərin nümayəndələri öz dövlətlərində su ehtiyatlarının inkişafı və potensialı mövzusunda təqdimatlar nümayiş etdirib, su təchizatı sahəsində Yaponiyanın siyasəti ilə tanış olublar.
Bir həftə davam etmiş seminarın iştirakçıları bu ölkənin Xarici İşlər Nazirliyində, Ətraf Mühit Nazirliyində, Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyində olublar. Ekspertlər İtabasidə Misono sutəmizləmə zavodunun, Bunködə su təchizatının idarə edilməsi mərkəzinin, Kasaidə sutəmizləmə mərkəzinin fəaliyyəti ilə, habelə Musaşi kanalının yenidən qurulması üzrə işlərin gedişi və Ton bəndi ilə tanış olublar.
GUAM iştirakçıları olan dövlətlərin nümayəndələri seminar çərçivəsində Tokio, Kioto və Osaka şəhərlərinin görməli yerləri ilə də tanış olublar.
Təşkilatın üzvü olan dövlətlərin nümayəndələri seminarın işinə yekun vurmaq, habelə su ehtiyatlarının idarə edilməsi sahəsində “GUAM-Yaponiya” formatında reallaşdırılması nəzərdə tutulan birgə təkliflər hazırlamaq məqsədilə GUAM-ın Kiyevdəki Katibliyində iclas keçirməyi qərara alıblar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47