Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, şirkət etiraz edən əməkdaşların qarşısında geri çəkilməli olub. Daha yüksək əmək haqqı iyulun 1-dən etibarən veriləcək. 2016-cı ilə qədər McDonald's-da orta əmək haqqı bir saat üçün 10 dollar müəyyən ediləcək.
Etiraz edən əməkdaşlar isə maaşlarının saat üçün 15 dollara qaldırılmasını tələb edirdilər.
Milli.Az