Ötən il daşınmaz əmlakla əməliyyatların həcmi ən yüksək həddə çatıb
Bakı, 2 aprel, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət sahələrində çeviklik və şəffaflığın artırılması, xidmətlərin əhaliyə rahat, əlverişli və operativ şəkildə təqdim olunması istiqamətində səmərəli tədbirlər həyata keçirir. Ötən il Azərbaycanda daşınmaz əmlakla əməliyyatların həcmi ən yüksək həddə çatıb və rekord göstəricilər qeydə alınıb. Daşınmaz əmlak qeydiyyatının artmasının bir neçə mühüm səbəbi var. Bu ilk növbədə ölkənin sosial-iqtisadi inkişafı və iqtisadi göstəricilərin yüksəlməsi ilə əlaqədardır.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda iqtisadi fəallığının artması, kənd təsərrüfatı və sənayenin inkişafı, əhalinin sosial vəziyyətinin yüksəlməsi daşınmaz əmlak bazarını canlandırıb və əmlakla əməliyyatların sayının artmasına səbəb olub. Digər səbəb xidmətlərin vətəndaşlar üçün əlverişliliyinin təmin olunması, daşınmaz əmlakın qeydiyyatı prosesinin sadələşməsi və bu sahədə elektron xidmətlərin tətbiqinin genişləndirilməsidir. Son illərdə əmlakın qeydiyyatı prosedurlarının sayı və buna sərf edilən müddətlər azaldılıb. Paralel olaraq elektron xidmətlərin sayı artmaqdadır. Bu xidmətlərin tətbiqi əmlakın qeydiyyatının faktiki olaraq avtomatlaşdırılmasına şərait yaradıb.
Əhali arasında aparılan mütəmadi maarifləndirmə kampaniyaları və daşınmaz əmlakın qeydiyyatının faydalarının izah edilməsi öz məntiqi nəticələrini verib. Vətəndaşların daşınmaz əmlakın qeydiyyatına marağı artıb. Ölkə vətəndaşları qeydiyyatа alınmış əmlaka daha inamla yanaşmağa başlayıblar. Bu da əmlakın sənədləşdirilməsini və əmlakla əməliyyatların həcmini yüksəldib. 2014-cü ildə 205,2 min daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılıb ki, bu da indiyədək ölkədə qeydə alınmış ən yüksək göstəricidir. Ötən ildə daşınmaz əmlakla əməliyyatların həcmi 2013-cü ilə nisbətən 28 min ədəd artıb. Son 5 ildə ölkədə qeydiyyatı aparılan əmlakların sayı 2,3 dəfə artaraq 2009-cu ildəki 89 mindən 2014-cü ildə 205,2 minə yüksəlib.
Ən sürətli artım isə 2011-ci ildə qeydə alınıb. Həmin il daşınmaz əmlakla əməliyyatların həcmi 56 faiz artaraq 94,7 mindən 147,4 minə yüksəlib. Əmlakla əməliyyat sonrakı illərdə də mütəmadi şəkildə artıb. 2012-ci ildə 151,5 min, 2013-cü ildə 177,1 min, nəhayət 2014-cü ildə 205,2 min əmlakın qeydiyyatı aparılıb.
Qeyd olunduğu kimi, ölkədə iqtisadi artım, əhali və sahibkarların iqtisadi fəallığı, xüsusilə də regionlardakı fəallıq adi vətəndaşların əmlak qeydiyyatına marağını kəskin artırıb. Nəticədə, 2014-cü ildə 58 min əmlak ilkin qeydiyyatdan keçərək sənədləşdirilib. Bu, ilkin qeydiyyatda indiyədək müşahidə olunan ən yüksək göstəricidir. 2013-cü ilə nisbətən ilkin qeydiyyat 16,6 faiz, təkrar qeydiyyat 15,6 faiz artıb. 2014-cü ildə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 ərazi idarəsinin hamısında daşınmaz əmlakın qeydiyyatının artımı müşahidə edilib.
Əmlak bazarında regionların payının artımı ötən ildə də davam edib. 2014-cü ilin yekunlarına görə, əmlakın qeydiyyatında regionların payı 69 faizə çatıb. Artıq ənənəvi olaraq fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatların isə hamısı regionlarda aparılır. Qeyd edək ki, bu dövrdə qeydiyyatdan keçən 56 çoxmərtəbəli binadan 45-i regionlardadır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47