[ 02 Aprel 2015 12:09 ]
Bakı – APA. Misirdə 2 silahlı şəxs sərhəd-keçid məntəqəsinə hücum edib.
APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, Sinay yarımadasında baş verən hadisə nəticəsində 10 hərbçi ölüb, 11 nəfər yaralanıb.
Hücum zamanı həmçinin mülki şəxslərin yaralandığı bildirilir.