[ 02 Aprel 2015 11:31 ]
Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakının bəzi küçə və prospektlərində sürət həddi aşağı salınıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, hava şəraiti nəzərə alınaraq, Böyükşor-Hava limanı - Bigəh, Zığ dairəsi - Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Belə ki, 120 km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib.
Hava şəraiti dəyişən kimi sürət həddi yenidən əvvəlki vəziyyətə qaytarılacaq.