Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Rianna dünən zarafat etmək, pərəstişkarlarını sevindirmək və güldürmək qərarına gəlib.
Amerikalı teleaparıcı, komik və aktyor, 47 yaşlı Cimmi Kimmelin ABC telekanalında aparıcısı olduğu "Jimmy Kimmel Live" tok-şousu qonaq qismində studiyaya dəvət etdiyi məşhurlara xoşagəlməz sualların verilməsi, bəzən isə onların lağa qoyulması ilə tanınır.
Bu şou dünyanın ən məşhur, ən populyar proqramlarından sayılır.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, 27 yaşlı Rianna da dünən, aprelin 1-də, Beynəlxalq Gülüş Günündə tanınmış teleaparıcı ilə zarafat etmək qərarına gəlib.
 
Rəqs qrupunun tərkibində 2 xanımla birlikdə Kimmelin evinə yollanan Riannanın bu "əməliyyat"ından Cimminin həyat yoldaşının xəbəri vardı. Gecənin bir aləmində evə girən Rianna və rəqqasələr, habelə operatorlar Kimmelin yataq otağına daxil olandan sonra "şou" başlanıb.
"Money" mahnısını oxumağa başlayan Riana yatan Kimmelin üzərinə dollarlar, konfettilər səpələyib.
 
Yuxudan ayılan Cimmi Kimmel çaşıb qalmışdı və heyrətdən nə deyəcəyini bilmirdi.
 
Səhər saatlarında isə Rianna "Jimmy Kimmel Live" tok-şousunun qonağı olub.
 
Milli.Az
 



Videonu izləmək üçün şəkillərə klikləyin.
фото