Türkiyədə terrorçular tərəfindən öldürülən prokuror Mehmet Selim Kiraz girov düşməzdən əvvəl namaz qılıbmış.

ANS PRESS-in məlumatına görə bu barədə prokurorun iş yoldaşları danışıb.

Onlardan biri deyib ki, hadisədən əvvəl Mehmet Kirazı çay içməyə dəvət edib, prokuror isə namaz qıldıqdan sonra gələcəyini deyib.

“Hadisədən əvvəl otağına getdim və buyurun birlikdə çay içək dedim. Mərhum prokuror isə, siz buyurun, mən dəstəmaz alım, namaz qılıb gələcəyəm dedi. bundan sonra isə DHKP-C terrorçuları onun otağına hücum ediblər...” – deyə Mehmet Kirazın iş yoldaşı bildirib.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində “Gəzi parkı” aksiyalarından polis tərəfindən öldürülən Berkin Elvanın işini aparan prokuror Mehmet Kiraz DHKP-C terrorçuları tərəfindən girov götürülmüşdü. Keçirilən əməliyyat zamanı 3 terrorçu məhv edilib, ağır yaralı vəziyətdə xəstəxanaya çatdırılan prokurorun isə həyatını xilas etmək mümkün olmayıb.
Mənbə
ANS PRESS