ABŞ-da avtomobili ilə polisdən qaçmağa çalışan şəxs diqqət mərkəzinə düşüb.

ANS PRESS-in məlumatına görə, uzun sürən təqiblərdən qaçmağı bacaran sürücü görənlərə şok yaşadıb.

Polis avtomobillərinin zərbələrinə baxmayaraq manevr etməyi davam etdirən sürücü sonda polislər tərəfindən mühasirəyə alınaraq tutulub.

Hadisə Ohio Fervyu Park yaxınlığında baş verib. Polis maşınları tərəfindən sıxışdırılaraq mühasirəyə alınan avtomobil yolun kənarındakı divara çırpılaraq dayanıb.

Hadisə vaxtı polis avtomobilinin biri də divara çırpılaraq ziyan görüb. Polisin silah çəkib pəncərəni qıraraq çölə çıxardığı şübhəli yüngül yaralarla xəstəxanaya aparılıb. Hadisədə zamanı 3 polis də yüngül zədə alıb.



Mənbə
ANS PRESS