Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycanlıların soyqırımı” bölməsində reekspozisiya işləri tamamlanıb
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycanlıların soyqırımı” bölməsinin yenidən qurulması ilə bağlı işlər tamamlanıb.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, əvvəllər ekspozisiyada erməni şovinistlərinin azərbaycanlılara qarşı 1905-1906-cı illərdə, eləcə də 1918-ci ildə törətdikləri soyqırımlar əyani materiallar vasitələri ilə göstərilirdisə, yenidənqurma işləri ekspozisiyanın daha da zənginləşdirilməsi, əhatəli olması, Azərbaycan alimlərinin son dövrlərdə aşkara çıxardıqları yeni materialların əks olunmasını nəzərdə tutaraq aparılıb.
“1905-1906-cı illər hadisələri”, eləcə də “Azərbaycan I Dünya müharibəsi illərində” bölmələri ilə tanış olan tamaşaçı “Azərbaycanlıların soyqırımı” bölməsinə daxil olur.
Bölmənin birinci otağının girişindəki informasiya panellərində 1917-ci ildə Rusiya imperiyasının parçalanması ilə Qafqazda yaranan vəziyyət və 1918-ci ildə azərbaycanlıların soyqırımlarının səbəbləri göstərilib. Vitrinlərdə nümayiş olunan müvafiq fotomateriallar və tarixi sənədlər sübut edir ki, əzəli Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı törədilən soyqırımları həyata keçirən erməni dəstələri əslində Antanta ölkələri olan Rusiya, İngiltərə və Fransa tərəfindən Osmanlı imperiyası ilə müharibə aparmaq məqsədilə yaradılıb, zabit kadrları və ən müasir silahlarla təchiz olunublar. Rusiya imperiyasının parçalanması ilə Qafqazda yaranmış vəziyyətdən yararlanmağa çalışan ermənilər xarici havadarların dəstəyindən istifadə edərək öz dövlətlərini yaratmaq məqsədləri ilə əzəli Azərbaycan torpaqlarında azərbaycanlılara divan tutublar
“Azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımları (1918-1920)”, “Bakıda 1918-ci il soyqırımı”, “Qubada 1918-ci il soyqırımı”, “Şamaxıda 1918-ci il soyqırımı” informasiya panellərində azərbaycanlıların soyqırımlarını sübut edən tarixi faktlar, müvafiq fotolar və tarixi sənədlərin surətləri verilib. “Azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımları (1918-1920)” xəritəsi sübut edir ki, soyqırımları bütün Cənubi Qafqazda, İrəvan və Zəngəzurdan başlayıb Bakı və Qubayadək bütün əzəli Azərbaycan torpaqlarında həyata keçirilib.
“Fövqəladə Təhqiqat Komissiyası” (FTK) adlı informasiya panellərində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən azərbaycanlıların soyqırımlarını araşdırmaq məqsədi ilə yaradılmış komissiyasının fəaliyyəti əks olunub. İriölçülü fotopanellərdə FTK tərəfindən 1918-ci ildə çəkilmiş fotoşəkillərin surətləri verilib. Vitrinlərdə dövrün silahları, tarixi sənədlər, fotoşəkillər, eləcə də ayrıca podium üzərində Bakıda erməni sahibkarı Xatisovun zavodunda düzəldilmiş və 1918-ci il mart soyqırımları zamanı azərbaycanlılara qarşı istifadə edilmiş top nümayiş olunur. «Soyqırımı hadisələrinin incəsənətdə əks olunması” panellərində tanınmış Azərbaycan rəssamları, dövrün hadisələrinin şahidləri Bəhruz Kəngərli və Əzim Əzimzadənin müvafiq rəsm əsərlərinin surətləri göstərilib.
“Yurdun alovu, ruhun atəşi” (azərbaycanlıların soyqırımında öldürülənlərin, lakin ruhlarının atəşi ilə vətən azadlığının tonqalını yandıranların xatirəsinə) adlı kompozisiya (heykəltəraş M.Rəşidov) azərbaycanlıların heç nəyə baxmadan azadlıq uğrunda mübariz əzmini nümayiş etdirir.
Bölmənin “Erməni vəhşilikləri davam edir: Xocalı soyqırımı” adlı ikinci otağı XX əsrin sonlarında da ermənilərin öz məqsədlərindən əl çəkmədiklərini, azərbaycanlılara qarşı soyqırımı törətdiklərini sübut edir. Burada qurulan informasiya panellərində 1992-ci ilin fevralında Azərbaycanın qədim Xocalı şəhərinin erməni vandalları tərəfindən işğal olunması, burada yaşayan azərbaycanlıların məhv edilməsi nümayiş etdirilir. Vitrində Qarabağ uğrunda, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda vuruşmuş vətən oğullarının şəxsi əşyaları, silahları nümayiş olunur.
Ekspozisiyada olan bütün məlumatlar üç dildə - Azərbaycan, rus, ingilis dillərində verilib.
Hadisəlrlə bağlı ətraflı məlumat almaq istəyənlər üçün ekspozisiyada qurulmuş sensor kompyuterində tarixi məlumatlar, fotoşəkillər, tarixi sənədlərin surətləri yerləşdirilib. Eləcə də monitorda “Azərbaycanlıların soyqırımı” fotolardan ibarət slayd-film nümayiş olunur.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47