Bakı. 1 aprel. REPORT.AZ/ İstanbul şəhərinin Polis idarəsinə hücum edən iki silahlı şəxs zərərsizləşdirilib. "Report"un CNN Türk telekanalına istinadən verdiyi xəbərə görə, Bakı saatı ilə 19.55-də Vətən prospektində yerləşən binanın girişindəki nəzarət məntəqəsinə yaxınlaşan silahlı şəxslər təhlükəsizlik əməkdaşlarına atəş açıblar. Atışma nəticəsində ən azı iki polis yaralanıb. 
Atışma nəticəsində terrorçulardan birisinin öldürüldüyü, digər silahlı şəxsin isə yaralanaraq tutulduğu xəbər verilir.
Öldürülənlərin üzərində partlayıcı qurğu aşkarlanıb. Terrorçulardan birisinin qadın olduğu qeyd olunur.
Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib.