ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi 9-cu Bakı Yay Enerji Məktəbini təşkil edəcək
Bakı, 1 aprel, AZƏRTAC
ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlığı ilə iyulun 4-17-də 9-cu Bakı Yay Enerji Məktəbini təşkil edəcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, iki həftəlik sertifikat proqramı enerji və ətraf mühit məsələlərini təhlil etmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirəcək. İştirakçılar enerji və ətraf mühit, enerji hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik və SOCAR-ın strateji perspektivləri kimi məsələlərlə tanış olacaqlar.
Bakı Yay Enerji Məktəbi dünyanın müxtəlif ölkələrindən olan dövlət və özəl neft şirkətlərinin rəhbərləri ilə görüşmək və əlaqə qurmaqda böyük imkanlar yaradır. Yay məktəbində Azərbaycanın xarici işlər, energetika, ekologiya və təbii sərvətlər nazirləri ilə yanaşı, “TAP”, “BP”, “ExxonMobil”, “Total”, “Statoil”, “PETRONAS” və digər neft şirkətlərinin yüksək vəzifəli şəxsləri çıxış edəcəklər. Müəllimlərin siyahısı Oksford Universiteti, Sciences-Po, Prinston Universiteti, Rusiya Elmlər Akademiyası və s. kimi dünya şöhrətli elm mərkəzlərinin tanınmış mütəxəssisləri ilə tamamlanacaq.
İştirakçıların həm də Azərbaycanda neft sənayesinin keçmişi və müasir tarixi ilə bağlı olan Sənqəçal neft terminalını, Azərbaycanın ilk neft maqnatı Hacı Zeynalabdin Tağıyevin ev muzeyini, Nobel qardaşları muzeyini və başqa tarixi yerlərə baş çəkmək fürsəti olacaq. Proqram tamamlandıqdan sonra iştirakçılara ADA Universitetinin rektoru Hafiz Paşayevin və SOCAR-ın prezidenti Rövnəq Abdullayevin imzalayacaqları sertifikatlar təqdim ediləcək.
İştirak və proqram haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olmaq lazımdır: http//www.ccee.ada.edu.az/summerschool
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47