Lənkəranda qol yağdı
ANS PRESS-in məlumatına görə, bu gün XXVII tura start verilib. III dövrənin son turunun ilk oyun günündə 3 matç baş tutub.
Tura "Simurq" - AZAL matçı ilə start verilib. Avropa Liqasına vəsiqə uğrunda yarışan komandaların oyununda bir qol vurulub. 37-ci dəqiqədə Draqan Çeran penaltini dəqiq yerinə yetirərək "Simurq"a qələbə qazandırıb. 44-cü dəqiqədə AZAL da penalti vurmaq imkanı əldə edib. Amma Freddi Mombonqonun zərbəsi dəqiq olmayıb.
Dünən rəhbər dəyişikliyinə gedən "Neftçi" autsayder "Bakı"nı qəbul edib. Hesabı 42-ci dəqiqədə Nikolas Kanales açıb. 65-ci dəqiqədə isə Julius Vobay fərqlənib. Bununla da "Neftçi" 2:0 hesablı qələbə qazanıb.
Günün digər oyununda "Xəzər Lənkəran" doğma meydanda "Sumqayıt"ı sınağa çəkib. Bol qollu keçən oyunda hesabı 10-cu dəqiqədə qonaqlardan Slavik Alxasov açıb. 30-cu dəqiqədə Rasim Ramaldanov bərabərliyi təmin edib. 63-cu dəqiqədə "Xəzər Lənkəran" Ruslan Poladovun avtoqoluna sevinsə də, 6 dəqiqə sonra Aleksandr Çertoqanov yenidən oyunda status-kvo yaradıb. Buna baхmayaraq "Xəzər Lənkəran" qələbə qolunu vura bilib. 87-ci dəqiqədə rəqib qapısına yol tapan Mauel Skarlatake qələbənin müəllifi olub - 3:2.
Qeyd edək ki, tura sabah keçiriləcək "Qarabağ" - "İnter" oyunu ilə yekun vurulacaq. "Qəbələ" isə bu turda istirahət edib.
Premyer Liqa
2014/15 mövsümü
III dövrə, XXVII tur
1 aprel
Simurq - AZAL 1:0
Qol: Draqan Çeran, 37-pen.
Xəzər Lənkəran - Sumqayıt 3:2
Qollar: Rasim Ramaldanov, 30. Ruslan Poladov, 63 (avtoqol). Mauel Skarlatake, 87 - Slavik Alxasov, 10. Aleksandr Çertoqanov, 69.
Neftçi - Bakı 2:0
Qollar: Nikolas Kanales, 42. Julius Vobay, 65. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47