Azərbaycan XİN Nalbandyana cavab verib
Bu kimi soyqırım əməllərinin törədilməsinə görə bilavasitə məsuliyyət daşıyan dövlət olan Ermənistanın BMT-nin insan hüquqları Şurasında soyqırımın qarşısının alınması adlı qətnamənin təşəbbüskarı roluna iddia etməsi beynəlxalq ictimaiyyətə və beynəlxalq təsisatlara qarşı hörmətsizliyin nümunəsidir”.
H.Hacıyevin sözlərinə görə, münaqişənin həllindən danışan Ermənistan xarici işlər naziri ölkəsinin böyük sülh sazişi üzrə işə başlamağa imtina etməsinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də tələb etdiyi kimi Ermənistanın öz işğalçı qoşunlarını işğal edilmiş Azərbaycan ərazilərindən çıxarmamasına, itkin düşmüş şəxslərin taleyi barəsində məlumat mübadiləsinə və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında təmaslara imkan verməməsinə aydınlıq gətirməsi daha düzgün olardı: “Ermənistan xarici işlər naziri hər bir fürsətdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin güc tətbiq etməmək və ya güc tətbiq edərək hədələməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə barəsində çağırışlarını təhrif edilmiş formada təqdim etməyə çalışır. Birincisi ardıcıllıq bu formada olsa da, yəni güc tətbiq etməmək və ya güc tətbiq edərək hədələməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə, diplomatik və siyasi etikadan kənar formada Nalbandyan tərəfindən xalqların öz müqəddəratını təyin etmə ərazi bütövlüyündən əvvəl təqdim olunur.
Nalbandyana xatırlatmaq istərdik ki, prinsiplərin bu formada ardıcıllığı Helsinki Yekun Sənədindən irəli gəlir, bu ardıcıllıq əsnasında Helsinki sənədində ərazi bütövlüyünün prioritetliyi ön sıraya çəkilir və xalqların öz müqəddəratını təyin etmə prinsipinin ərazi bütövlüyünə uyğun şəkildə ifadə olunması təsbit olunur. Ümumiyyətlə, xalqların öz müqəddəratını təyin etmə prinsipinə gəldikdə isə, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın işğalçı qoşunları Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra Azərbaycanın sərhədləri daxilində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icması öz müqəddəratını müəyyən edə bilər.
Güc tətbiq etmək və ya güc tətbiq edərək hədələmək prinsipindən çox danışan Ermənistan tərəfi hələ də anlamır ki, bu prinsipdən irəli gələn şərtlərin icra edilməsi məsuliyyəti də bilavasitə Ermənistana aiddir. Hərbi güc tətbiq edərək, Azərbaycanın ərazilərini işğal edən tərəf Ermənistandır. Azərbaycanın işğal edilmiş ərazilərində çoxsaylı hərbi kontingent saxlayaraq, hədə doğuran tərəf də məhz Ermənistandır. Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərində mövcudluğu güc tətbiq etmək və güc tətbiq edərək hədələməyin bariz ifadəsi olaraq, regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdiddir və qeyri-sabitliyin mənbəyidir.
Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü aradan qaldırıldıqdan və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh və sabitlik bərqərar ola bilər”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47