ABŞ-ın "Getty Oil" neft şirkətinin yaradıcısı Qordon Qettinin varisi və nəvəsi 47 yaşlı milyarder Endrü Qetti Los-Ancelesdəki evində ölü tapılıb.

ANS PRESS-in məlumatına görə, biznesmenin ölüm səbəbi anlaşılmaz olaraq qalır. Hazırda polis araşdırmanı davam etdirir.

Ölən iş adamının babası Pol Qetti bir müddət ABŞ-da ən zəngin insan hesab olunub.

Mərhumun atası Qordon Qetti "Forbes" versiyasına görə ən zəngin insanların siyahısına daxil olub.
Mənbə
ANS PRESS