Vyana, 1 aprel, Elgün Niftəliyev, AZƏRTAC
Mərkəzi Avropa ölkələrində tüğyan edən və son illərin ən güclü qasırğası sayılan „Niklas“ azı doqquz nəfərin həyatına son qoyub.
Güclü yağış və tufanla müşayiət olunan kəskin hava şəraiti nəticəsində Avstriya, Almaniya və İsveçrədə doqquz nəfər həlak olub.
Bir sıra Avropa ölkələrində dəmiryol və hava nəqliyyatında fasilə və gecikmələr baş verib. Gün ərzində müntəzəm iş rejiminə qayıdılacağı gözlənilir.

Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana