Rusiya Stalin dövrünə qayıdır
ANS PRESS-in məlumatına görə, Rusiya mediası xəbər verir ki, yeni qurum millətlərarası və dinlərarası münasibətlər sahəsində dövlət siyasətinin yürüdülməsi ilə məşğul olacaq.
“Federal Millətlər Agentliyi” adlanacaq qurumun əsas vəzifəsi “irqi, milli və dini ədavətin qızışdırılmasının qarşısını almaq” olacaq. Kremlin mətbuat xidməti bildirir ki, agentlik çoxmillətli Rusiya dövlətində millətlərarası razılığın, ölkənin etno-mədəni inkişafının və azsaylı millətlərin və avtoxton azsaylı qrupların hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərəcək.
Rəsmi İTAR-TASS xəbər agentliyi bildirib ki, yeni struktur “milli-mədəni muxtariyyətlər, kazak icmaları və başqa vətəndaş təşkilatları ilə əlaqədə fəaliyyət göstərəcək, millətlərarası münasibətlər sahəsində dövlət və federal səviyyədə məqsədli proqramları yerinə yetirəcək və millətlərartası münasibətlərin monitorinqini aparacaq”.
Bu agentliyin funskiyaları arasında ayrıca olaraq “hər hansı irqi, milli, dini və dil ayrıçeçkiçiliyinin profilaktikası, irqi, milli və dini ədavətin, nifrət və düşmənçiliyin qızışdırılmasının qarşısının alınması” nəzərdə tutulub.
Prezident Vladimir Putinin fərmanında deyilir ki, federal agentliyin işinə Rusiya Federasiyasının hökuməti rəhbərlik edəcək, qurumın başçısı hökumət tərəfindən təyin olunacaq.
Lakin bundan bir qədər əvvəl Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski təklif etmişdi ki, “heç bir millətə tərəfkeşlik” etməməsi üçün bu quruma milliyyətcə rus rəhbərlik etməlidir.
“Bu agentliyə əvvəllər heç vaxt Mərkəzi Asiyada, Qafqazda, Moldova və ya Ukraynada olmayan Moskva məmuru rəhbərlik etməməlidir” – demişdi siyasətçi.
“Moskovskiy komsomolets” qəzeti yazır ki, Rusiyada milli məsələ ilə məşğul nazirlik 2001-ci ilədək mövcud olub və bundan sonra bu nazirliyin işinin bir hissəsi Mədəniyyət Nazirliyinə, digər hissəsi isə miqrasiya xidmətinə verilib.
Rusiya prezidenti yanında millətlərarası münasibətlər şurasının üzvü Vladimir Zorin Pravda.ru saytına bildirib ki, “bu mühüm qurumun” yaradılması ideyası 2010-cu ildən bəri müzakirə olunurdu. Zorin deyib ki, “bu agentliyə, məsələn, bank, mülkiyyət və qiymətli kağızlar sahələrində olduğu kimi yüksək peşəkarların cəlb olunması lazımdır”.
Bir sıra Qərb təhlilçiləri bildirirlər ki, yaxın qonşusu olan keçmiş sovet respublikalarının ərazisində separatçı hərəkatları çox vaxt yaradan, dəstəkləyən və yeri gəldikdə qızışdıran Rusiyanın özü millətlərarası problemlərdən sığorta olunmayıb. Bu təhlilçilərin fikrincə, Kreml, əslində yeni strukturu separatçılıq meyllərinin qarşısının alınması üçün yaradır.
Qeyd edək ki, Rusiyada hazırda milliyyət kateqoriyasında qeydiyyata alınmış 185 etnik qrup var. Rusiyanın 85 ərazi subyektindən 21-i muxtar respublika statusuna malikdir. Ölkədə 5 muxtar dairə və bir muxtar vilayət var.
Rusiyanın tarixində ilk belə qurum isə 1917-ci ildə yaradılıb. Sovet Rusiyasında “Rusiya Millətləri Xalq Komissarlığı”na İosif Stalin rəhbərlik edib.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47