[ 31 Mart 2015 23:27 ]
Bakı-APA. İstanbulda xüsusi əməliyyat nəticəsində prokuror Mehmet Səlim Kirazı girov götürən terrorçular məhv edilib.
APA-nın “Cumhuriyet”-ə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı prokuror yüngül xəsarət alıb.
Xatırladaq ki, martın 31-də İstanbulun Çağlayan məhəlləsində yerləşən Ədliyyə Sarayına daxil olan terrorçular 14 yaşlı Berkin Əlvanın öldürülməsi ilə bağlı cinayət işinin istintaqını aparan prokuror Mehmet Səlim Kirazı girov götürmüşdülər.