Avstraliya Rusiyaya qarşı sentyabr ayında elan etdiyi sanksiyaların tətbiqinə başlayıb.

Avstraliyanın xarici işlər naziri Julie Bishop bildirib ki, sankiyalar ABŞ, Aİ və Kanadanın sanksiyalarına bənzərdir.
Milli.Az BBC-yə istinadən bildirir ki, sanksiyalar, xüsusilə silah alveri, maliyyə və neft-qaz sahəsinə aid olacaq.
 
Yeni sanksiyalar Rusiyaya silah idxalını və Rusiyanın dövlət banklarının Avstraliya valyutası bazarına çıxışına qadağa qoyur.
 
Ukrayna və Qərb ölkələri Rusiya hökümətini Ukraynanın şimal-şərqində hərbi əməliyyatları dəstəkləməkdə təqsirləndirir.
 
Moskva bu iddiaları rədd edir.
 
Milli.Az