Norveçli biatlonçu Yohannes Byo bundan sonra yaşıl meydanlarda top qovacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu il Finlandiyada keçirilən dünya çempionatının qalibi olan idmançı ölkəsinin III divizionunda çıxış edən “Stryun”la müqavilə imzalayıb.
 
Yohannes daim meydana çıxmaq istəmir. O, yalnız 15-20 dəqiqə mübarizə aparmağı düşünür.
 
Qeyd edək ki, Yoxannes Byo dünya çempionu olmaqla yanaşı, Finlandiyada gümüş və bürünc medallara da yiyələnib.
 
Milli.Az