“Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində “Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.
AZƏRTAC şirkətin saytına istinadla xəbər verir ki, “Neftçi” Peşəkar Futbol Klubunun baş sponsoru olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev iclası giriş sözü ilə açaraq Azərbaycanda fəaliyyət göstərən futbol klublarının idarəçilik sistemini müasir tələblər səviyyəsində qurmaq məqsədilə həmin klubların ictimai idarəçilik sisteminə keçirilməsinin məqsədəuyğun hesab edildiyini və bu barədə AFFA İcraiyyə Komitəsinin qərarının olduğunu bildirib. Respublikada futbolun kütləviliyinin artırılması və klubların davamlı inkişafına xidmət edən bu qərar ardıcıl islahatların aparılmasını zərurətə çevirir. SOCAR tarixən Azərbaycan neftçilərinin futbol klubu olmuş “Neftçi”nin idarəçiliyini ictimailəşdirməklə bu sahədə də birinci olduğunu futbol ictimaiyyətinə nümayiş etdirir. İlk addım kimi “Neftçi” Peşəkar Futbol Klubu “Neftçi İdman Klubu” İctimai Birliyinin tərkibinə verilib. İctimai Birlik futbol klubuna dəstək verməkdə davam edəcək. Klubun idarəçiliyini isə yeni yaradılmış Müşahidə Şurası həyata keçirəcək.
Müşahidə Şurasına Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev rəhbərlik edəcək. Şurada “Neftçi İdman Klubu” İctimai Birliyinin rəhbəri Sadıq Sadıqov, veteran futbolçulardan Mübariz Zeynalov və Səməd Qurbanov, SOCAR-ın vitse-prezidentinin müavini Cəbrayıl Cəbrayılov və Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov, habelə rejissor-aktyor Bəhram Bağırzadə təmsil olunurlar.
İclasda bildirilib ki, Müşahidə Şurasının ayda bir dəfədən az olmayaraq toplanması və futbol klubunun idarəçiliyinin Avropa sisteminə uyğunlaşdırılması istiqamətində məqsədyönlü iş aparması nəzərdə tutulur. Şuranın qərarına əsasən, klubun yeni təsis edilən icraçı direktoru vəzifəsinə Elnur Məmmədov seçilib. İcraçı direktora bir ay müddətinə klubun yeni strukturunun hazırlanması və Müşahidə Şurasına təqdim edilməsi tapşırılıb.
“Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Ç.Abdullayev göstərilən etimada görə təşəkkürünü bildirib, Şuranın qarşısında duran vəzifələrdən danışıb.
Müşahidə Şurasının üzvü B.Bağırzadə həmkarları adından yeni qurumun futbolun kütləviliyinin artırılması istiqamətində məqsədyönlü tədbirlər görəcəyini və bu sahədə mövcud təcrübədən, eyni zamanda, Türkiyə və digər ölkələrin futbol klublarının praktikasından istifadə edəcəklərini söyləyib.
Rövnəq Abdullayev iclasa yekun vuraraq Müşahidə Şurasının işinə uğurlar arzulayıb və “Neftçi” Peşəkar Futbol Klubunun yeni idarəçilik sistemi ilə daha böyük uğurlar qazanacağına əminliyini bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47