Avropa Müstəqil Akkreditasiya Agentliyi Azərbaycanın ali məktəblərində akkreditasiyaya hazırlığın vəziyyəti ilə bağlı işlərə başlayıb
Bakı, 31 mart, Tərgül Ağayeva, AZƏRTAC
Martın 31-də Azərbaycan Texniki Universitetində (AzTU) Avropa Müstəqil Akkreditasiya Agentliyi (ASIIN) ekspertlərinin iştirakı ilə proseslərin avtomatlaşdırılması və elektrotexnika mühəndisliyi ixtisasları üzrə təhsilin bakalavriat və magistratura pillələrində Azərbaycanın ali məktəblərində akkreditasiyaya hazırlığın vəziyyəti yoxlanılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov proqramın universitetdə akkreditasiyaya hazırlanması vəziyyətindən danışıb. Rektor rəhbərlik etdiyi ali məktəbin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib. Qeyd edilib ki, AzTU hazırda Avropa, Asiya, Amerika və Avstraliyanın 100-dən çox nüfuzlu universiteti ilə əməkdaşlıq edir.
Bildirilib ki, Azərbaycanda sənayenin sürətli inkişafı, bu sahə üzrə yüksək ixtisaslı kadrlara olan tələbat universitetin məsuliyyətini daha da artırır. Bu gün ölkəmizdə yeni texnologiyalar əsasında qurulmuş sənaye müəssisələri fəaliyyət göstərdiyindən bu texnologiyaları mənimsəmiş mühəndis kadrlarının hazırlığına geniş tələbat yaranıb.
Təhsil Nazirliyinin nümayəndəsi Yaqub Məmmədov ölkəmiz üzrə bu proqramın yerinə yetirilməsi və akkreditasiyaya hazırlıq məsələlərini şərh edib. Bildirilib ki, nazirlik Azərbaycan təhsilinin dünyaya inteqrasiyası ilə yanaşı, ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsini və əməkdaşlığın inkişafını dəstəkləyir.
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru vəzifəsini icra edən professor Vaqif Qurbanov təmsil etdiyi ali təhsil müəssisəsində bu məsələ ilə bağlı vəziyyət barədə məlumat verib.
Sonda ASIIN-nin ekspertlərinin sualları cavablandırılıb.
Ekspertlər yoxlama işlərini aprelin 3-dən Sumqayıt Dövlət Universitetində və ADNA-da davam etdirəcəklər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47