Soyqrımı dünya tanıyacaq
ANS PRESS xəbər verir ki, 100-dən çox tanınmış alim və mütəxəssisin, rəsmi dəvət olunmuş qonaqların iştirak edəcəyi bu konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən – Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Kipr, Gürcüstan, Polşa, Rusiya və Türkiyədən 58 nəfər alim maraqlı məruzələrlə çıxış edəcək.
Konfransı giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik Akif Əlizadə açacaq. Plenar iclasda AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Türkiyə Cumhuriyyəti Atatürk Araştırma Mərkəzinin Başkanı Prof. Dr. Mehmet Ali Beyhan, AMEA-nın Vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA HİEB-nin akademik katibi, akademik Teymur Kərimli, AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev və digər görkəmli alimlər çıxış edəcəklər.
1914-1920-ci illərdə Şimali Azərbaycanın əksər bölgələri – Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Cənubi Azərbaycanın bir çox əraziləri – Səlmas, Xoy, Qaradağ, Təbriz, ən əsası Urmiya bölgəsi, bundan əlavə, Şərqi Anadolu və indiki Ermənistanın yerləşdiyi bütün şimal-qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar, o cümlədən bütün türk-müsəlman əhali ermənilərin dünyada analoqu olmayan soyqırımına məruz qaldı.
Konfransda iki bölmədə: “Şimali Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı soyqırımlar” (1914-1920-ci illər) və “Şərqi Anadolu, Urmiya, Salmas, və digər bölgələrdə türk-müsəlman əhaliyə qarşı soyqırımlar” (1914-1920-ci illər) fəaliyyət göstərəcəkdir. Konfransda bütün yuxarıda adları qeyd olunan bölgələrdə yaşayan türk-müsəlman əhaliyə qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırımların tarixi əksini tapıb.
1918-ci ilin aprel-may aylarında erməni-daşnak dəstələrinin Quba şəhərində və Quba qəzasının kəndlərində azərbaycanlılara qarşı dəhşətli soyqırımı həyata keçirmişlər. 2007-ci ildə Quba şəhərində Qudyalçayın sağ sahilində aşkara çıxarılan kütləvi məzarlıq da bu soyqırımın bariz nümunəsidir.
Konfransın açılışından öncə "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)" adlı II Beynəlxalq Elmi Konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təşəbbüsü ilə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər.
Konfransa təqdim olunmuş məqalələr “AMEA Tarix İnstitutunun Elmi Əsərlərinin Xüsusi buraxılışı” şəklində çap olunmuş və konfrans iştirakçılarına təqdim olunacaq. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47