Bakı, 31 mart, AZƏRTAC 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzində elmi şuranın növbəti iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iclas Azərbaycanlıların Soyqırımı Gününə həsr olunub.
İclasda mərkəzin elmi işçisi Elşən Abdurahmanovun “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə XX əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasəti nəticəsində Bakıda, Şamaxıda, Quba qəzalarında, eləcə də Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər bölgələrində törədilən qəddarlıqlardan söz açılıb.
Sonra Azərbaycanın xalq şairi, akademik Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə bağlı tədbirlər planı müzakirə edilib.