Heydər Əliyev Hava Limanından "Report"a verilən məlumata görə, təxirə salınan "J2 218" nömrəli reysin bu gün saat 14:20 radələrində Bakı istiqamətində yerinə yetirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu reys martın 30-da təxirə salınıb. Aktau-Bakı istiqamətində həftənin hər günü saat 23:30 aviareyslər həyata keçirilir.
Toz qasırğası ilə əlaqədar "Bek Air" və "Air Astana" aviaşirkətlərinin də təyyarələri Almatı və Astanadan Aktauya uça bilməyiblər.