Bakı. 31mart. REPORT.AZ/ Türkiyənin bir sıra iri şəhərlərində, o cümlədən Ankara, İstanbul, İzmir, Adana, Dənizli, Antalya, Bitlis, Çanaqqala, Bursada elektrik enerjisi kəsilib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, elektrik enerjisi kəsillməsi iri şəhərlərinin metro xəttlərində, internetin verilməsində, həmçinin digər sahələrdə ciddi problemlər yaradıb. Elektrik enerjisinin kəsilməsi səbəbi hələ ki bilinmir.
"Anadolu" agentliyinin məlumatına görə isə, aprelin 2-də İtanbula yeinidən elektrik enerjisinin verilməsində fasilələr olacaq. Bu barədə İstanbulun elektrik Paylama Şəbəkəsi bildirib. Məlumata görə, şəbəkə həmin tarixdə İtanbula veriləcək elektrik enerjisinin qrafikini də yayıb.