İnkişaf etməkdə olan bazarlardan Çində köklü islahatlar, Rusiya və Braziliyada resessiya ümumən bu tip ölkələrə mənfi təsir göstərəcək. Nəticədə, inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın 2015-ci ildə 3,6%, 2016-cı ildə isə 4,2% olacağı proqnozlaşdırılır.
"Fitch"in ekspertləri hesab edirlər ki, ucuz neft və digər xammal qiymətləri ilə bərabər ABŞ-da uçot dərəcəsinin artması inkişaf etməkdə olan ölkələr üçün xaricdən maliyyələşmə sahəsində ciddi problem yaradacaq. Maliyyə sistemində yarana biləcək problemlərlə inkişaf etməkdə olan ölkələrin siyasi çətinliklərlə üzləşəcəyi də istisna edilmir.