Azərbaycan Turizm Assosiasiyası Türkiyə otellərinin "qara siyahı"sına aydınlıq gətirib
" AzTA-nın tərkibində bu il 5 yeni komitə yaradılıb. Bunlardan biri də "Outgoing" (Getmə turizmi) komitəsidir. Komitə bizim vətəndaşların hüquqlarının qorunması məqsədini daşıyır. Bu normal prosedur və mövsümdən qabaq otellərin yoxlanılması təcrübədə müşahidə edilir və bu otellərin keyfiyyətinin yoxlanılması məqsədini daşıyır. Turizm şirkəti üçün hansı istiqamət daha populyardırsa, onun əməkdaşı gedib yerindəcə şəraitlə tanış olur və qeydlər aparır, turistlərinə tövsiyələr edir", - deyə N. Bağırov qeyd edib.
Onun sözlərinə görə, turistlərin səfəri zamanı müxtəlif problemlər yaşanır: "Məsələn, turist 5 ulduzlu otelə gedir, daxil olur və orada tikinti işlərinin hələ tam başa çatmadığını görür. Dəfələrlə belə hal olub. Oteldə problem yaranır, turistin istirahəti pozulur, hüquqları pzoulur. O da dərhal turizm şirkətinə zəng edir. Burada həmin turizm şirkətinin də hüquqları pozulur. Daha sonra turist başqa yerə köçürlür. Bu, hər dəfə təkrar olunan problelmdir".
Hər il Azərbaycandan 30-40 şirkətin yerli türk şirkətləri tərəfindən tanınma turuna dəvət edildiyini qeyd edən AzTA sədri bildirib ki, bu gün Azərbaycanda 250-dən artıq tur operator fəaliyyət göstərir. Hər il onların ancaq 15%-i mövsümdən qabaq şəraitlə yerində maraqlana bilirlər, lakin qalan 85% kor-koranə şəkildə satış həyata keçirir.
"Azərbaycanda bütün turizm şirkətlərini birləşdirən bir qurum var və məhz bu Assosasiyanın tərkibindəki komitənin əməkdaşları otelləri yoxlayanlar sırasında olacaqlar. Bu vətəndaşlar qarşısında borcumuzdur. Biz gördüklərimiz əsasında tövsiyyələr verəcəyik. Bunu öz vətəndaşlarımızın hüquqularını qorumaq üçün edirik".
Qeyd edək ki, aprel ayında aparılacaq yoxlamalar mayda hesabat şəklində təqdim ediləcək və azərbaycanlı turistlər üçün tövsiyə edilən və edilməyən otellərin siyahısı hazırlanacaq. Hər il Azərbaycandan Türkiyəyə 600 min turist səfər edir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47