[ 31 Mart 2015 11:00 ]



Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bakının Ziya Bünyadov prospektinin Azadlıq və Atatürk prospektləri ilə kəsişməsində təmirə bağlanan yol açılıb.

 

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

 

P. Mürsəliyevin sözlərinə görə, artıq temperatur tikişləri çıxarılaraq yenisi ilə əvəzlənib və bu gündən yol nəqliyyat vasitələrinin istifadəsinə verilib.