Türkiyənin Bingöl vilayətində yolun kənarında torpağa basdırılmış 50-yə yaxın Qurani-Kərim tapılıb.

Anspress-in “İHA”ya istinadən verdiyi məlumata görə, Yuxarı Akpınar kəndinin sakini getdiyi yolun kənarında bir neçə Quran kitabı aşkarlayıb.

Yaxınlıqda torpağa basdırılmış çox sayda Quran olduğunu görən həmin şəxs bu barədə kənd bələdiyyəsinə məlumat verib.
Kənddən gələn nümayəndə heyəti kitabları toplayaraq kənd məscidinə aparıb.

Kəndin din xadimi isə bildirib ki, köhnəldiyi zaman müqəddəs kitabı istifadədən kənarlaşdırmağın yolu bu deyil:

“Qurani-Kərim köhnəldiyi, yırtıldığı zaman bir din xadimindən soruşsunlar, o necə təklif edərsə, o cür də istifadədən kənarlaşdırsınlar. Bu Quranları qurudub istifadəyə yararlı olanları saxlayacağıq. İstifadəsi mümkün olmayanları da məsləhət olduğu kimi istifadədən kənarlaşdıracağıq”.

Milli.Az




Videonu izləmək üçün şəklə klikləyin.
фото