FİFA tərəfindən təsdiqlənən Meksikanın "Paçuka" klubunun apardığı araşdırmalara görə, dünyanın topla hərəkət edən ən sürətli futbolçusu müəyyənləşib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid "Real"ının futbolçusu Qaret Beyl bu nominasiyada birinci olub.
 
Uelsli futbolçu 36,9 km/saatla rəqiblərini geridə qoyub. "Paçuka" klubunun futbolçusu Yurgen Damm 35,23 km/saatla ikinci, "Mançester Yunayted"in oyunçusu Antonio Valensiya isə 35.1 km/saatla üçüncü olub.
 
Qeyd edək ki, siyahıda həmçinin Aron Lennon ("Tottenhem"), Kriştianu Ronaldu ("Real", Madrid), Teo Uolkott ("Arsenal"), Lionel Messi ("Barselona"), Ueyn Runi ("Mançester Yunayted"), Frank Riberi ("Bavariya") və Serxio Ramos ("Real", Madrid) kimi futbolçular da var.

Milli.Az