“Bakı-2015” Avropa Oyunlarının kamandan oxatma yarışlarında iştirak edəcək ölkələr məlum olub
Bakı, 30 mart, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarının kamandan oxatma yarışlarında iştirak edəcək ölkələrin adları məlum olub.
AZƏRTAC xəbər verir ki, Yunanıstanın Marafon şəhərində keçirilmiş Avropa Qran-pri yarışlarında Belarus, Fransa, Almaniya, İtaliya, Hollandiya, Polşa, Rusiya, İspaniya, Türkiyə və Ukrayna kamandan oxatma üzrə həm kişi, həm də qadın idmançılar arasında keçiriləcək turnirlərin hər biri üçün üç kvota yeri əldə ediblər.
Kamandan oxatma yarışları Avropa Oyunları üçün son təsnifat yarışı olub. “Bakı-2015” yarışlarına ev sahibliyi edəcək Azərbaycan da kişilər və qadınlar arasında keçiriləcək yarışların hər biri üçün üç kvota yerinə malikdir.
Sloveniya və Norveç “Bakı-2015” Avropa Oyunları zamanı kişilər arasında keçiriləcək kamandan oxatma yarışlarında iştirak üçün üç yer qazanıb. Danimarka, Gürcüstan, Böyük Britaniya, Yunanıstan və İsveçrənin hər biri isə qadınlar arasında keçiriləcək yarışlar üçün üç yer əldə edib.
Avstriya, Ermənistan, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, Yunanıstan, İrlandiya, İsrail, Latviya, Lüksemburq, Moldova, Rumıniya, San-Marino, Slovakiya, İsveç, İsveçrə, İslandiya (universallıq prinsipinə əsasən verilən yer), Kosovo (universallıq prinsipinə əsasən verilən yer) və Serbiya (universallıq prinsipinə əsasən verilən yer) “Bakı-2015” Avropa Oyunlarında kişilər arasında keçiriləcək kamandan oxatma yarışları üçün bir kvota yerinə sahib olublar.
Qadınlar arasında keçiriləcək kamandan oxatma yarışları üçün Ermənistan, Avstriya, Bolqarıstan, Kipr, Estoniya, Finlandiya, İrlandiya, Kosovo, Latviya, Moldova, Norveç, Rumıniya, Sloveniya, Slovakiya, İsveç və Litva (universallıq prinsipinə əsasən verilən yer) bir kvota yeri qazanıblar.
Qran-pri oyunlarına gəldikdə, Marafon şəhərində qadınlar arasında rekursiv kaman kateqoriyası üzrə keçirilmiş fərdi yarışlarda ilk üç yeri italiyalı oyunçular qazanıblar. Həmin yarışlarda Klaudia Mandina birinci, Sara Violi ikinci, Qvendalina Sartori isə üçüncü yeri tutub.
Kişilər arasında rekursiv kaman kateqoriyası üzrə keçirilmiş yarışlarda isə qızıl medalı ikiqat Olimpiya çempionu Ukraynalı Markiyan İvaşko əldə edib. İtaliyalı David Paskualikki gümüş medalın, Marko Morello isə bürünc medalın sahibi olub.
Kişilər arasında rekursiv kaman kateqoriyası üzrə komanda yarışlarının qalibi Belarus olub. Həmin yarışda Hollandiya komandası gümüş, Ukrayna isə bürünc medala yiyələnib.
Qadınlar arasında rekursiv kaman kateqoriyası üzrə komanda yarışlarının qalibi isə Gürcüstan olub. Yunanıstan ilə İtaliya isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıb.
Rekursiv kaman kateqoriyası üzrə qarışıq komanda yarışlarında qızıl medalı Ukrayna qazanıb. Böyük Britaniya gümüş, Gürcüstan isə bürünc medala yiyələnib. Yarışın bu növü “Bakı-2015” Avropa Oyunları zamanı da keçiriləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47