Bakı, 30 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) radio və televiziya jurnalistikası kafedrasının müdiri Aynur Kərimova PAŞA Bank, “British Council” təşkilatının və Böyük Britaniyanın Tomson Fondunun dəstəyi ilə keçirilən “Biznes jurnalistika” layihəsi çərçivəsində ölkənin tanınmış jurnalistləri ilə birlikdə London şəhərində olub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, bir həftəlik təlim sosial və yeni media sahəsində bilik və bacarıqların artırılması, BBC, “The Daily Telegraph” kimi nəhəng media korporasiyalarının işi ilə tanışlıq baxımından son dərəcə yaddaqalan olub. Jurnalistlər, eyni zamanda, London Fond Birjası, Lordlar palatasında olub və təlimin sonunda Tomson Fondunun sertifikatlarına layiq görülüblər.

