[ 30 Mart 2015 20:40 ]


Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakı Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub.

APA-nın məlumatına görə, dövlət başçısına layihə çərçivəsində görülən işlər barədə məlumat verilib.

 

Dövlət başçısı yeni bulvarın müxtəlif yerlərində aparılan inşaat işlərinin gedişi ilə maraqlanıb və müvafiq tapşırıqlar verib.