Qəbələdə 50 mindən çox sakin tibbi müayinədən keçirilib
Qəbələ, 30 mart, AZƏRTAC
Prezident İlham Əliyevin ölkə vətəndaşlarının fevralın 1-dən başlayaraq tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın icrası Qəbələ rayonunda uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, Qəbələ rayon Mərkəzi Xəstəxanası tərəfindən sakinlərin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılıb. Qəbələ şəhərində və kəndlərdə tibbi müayinə məntəqələri yaradılıb. On altı həkimdən ibarət briqadalar kəndlərə ezam olunaraq əhalinin tibbi müayinəsini həyata keçirirlər. Humanist aksiyaya tibbin müxtəlif sahələri üzrə 50-ə yaxın həkim və orta tibb işçisi cəlb edilib. Aksiya zamanı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs, flüoqrafiya və digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərir. İndiyədək tibbi müayinələr Qəbələ şəhərində, eləcə də 31 kənd yaşayış məntəqəsində aparılıb və sakinlər mütəşəkkil şəkildə həkimlərə müraciət edərək öz sağlamlıqları barədə dəqiq məlumat alıblar.
Fevralın 1-dən martın 30-dək rayonun səhiyyə ocaqlarında keçirilən aksiya zamanı 50 mindən çox sakin tibbi müayinədən keçib. Müayinələrdən sonra 203 nəfər stasionar, 3951 nəfər ambulator müalicəyə cəlb olunub. Xəstəliyi daha ağır olan 128 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilib.
İndiyədək 31 kənddə əhalini müayinə edən həkimlər mayın 1-dək rayonun daha 33 kəndinə ezam olunacaqlar. Rayon sakinləri tibbi müayinələrin yüksək səviyyədə təşkilindən, həkimlərin onlara qayğı ilə yanaşmasından razılıqlarını bildirirlər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47