[ 30 Mart 2015 17:38 ]



Bakı – APA. Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyəti İrəvana səfər edib.

 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, S. Narışkini aeroportda Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov qarşılayıb.

 

E. Şarmazanov Rusiya Dövlət Dumasının sədrinə “erməni soyqırımı”nın 100 illiyinin simvolunu əks etdirən hədiyyəni təqdim edib.